Miçi Batşuayi komandadan ayrılmaq istəyir
"Fənəbağça"nın belçikalı futbolçusu Miçi Batşuayi qış transfer pəncərəsində komandadan ayrılmaq qərarına gəlib.
Sportline.az Sporx.com.tr-yə istinadla xəbər verir ki, 30 yaşlı mərkəz hücumçusu "Fənərbağça" rəhbərliyinin transfer təkliflərini dəyərləndirmələrini istəyib.
Belçikalı futbolçu komandanın əsas heytəində yer ala bilmədiyi üçün başqa kluba keçmək istədiyini bildirib."Sarı-lacivərtlər"isə futbolçunun istəyinə qarşı gəlməyiblər.
Qeyd edək ki, Miçi Batşuayi bu mövsüm "Fənərbağça" forması ilə çıxdğı 17 oyunda 5 qol, 3 asistlə yadda qalıb.