Mikautadze Fransa nəhənginin hədəfində

Gürcüstan millisinin Avropa çempionatındakı uğurunda əsas pay sahiblərindən olan Jorj Mikautadze karyerasını daha iddialı klubda davam etdirə bilər.

Sportline.az xəbər verir ki, istedadlı forvard "Monako"nun "radarına düşüb".

Məşhur jurnalist Fabrisio Romanonun sözlərinə görə, tərəflər artıq ilkin razılığa gəliblər. 

Futbolçunun özü ilə razılıq əldə edən monakoluların "Mets" klubuna da təklif göndərdiyi bildirilir.

Qeyd edək ki, 23 yaşlı hücumçu son mövsümdə meydana çıxdığı 20 oyunda 13 qol və 4 məhsuldar ötürmə müəllifi olub. 

Avropa çempionatında isə, onun aktivində hələlik 3 qol var.

Transfermarkt portalında Mikautadzenin dəyəri 15 milyon avrodur.