"Milan" 4 cavabsız qolla yarımfinalda

"Milan" İtaliya kubokunun 1/4 final mərhələsində "Latsio" ilə qarşılaşıb. 

Sportline.az xəbər verir ki, komanda bu görüşdə darmadağınla qalib gəlib - 4:0. 

24-cü dəqiqədə Rafael Leau, 41-ci və 45+1-ci dəqiqlərədə Oliviye Jiru, 79-cu dəqiqədə isə Frank Kessye qapını dəqiq nişan alıblar.