"Milan" Beqoviçin keçidini açıqladı

"Bornmut" qapıçısı Asmir Beqoviçi yenidən icarəyə verib.

Sportline.az xəbər verir ki, bosniyalı qapıçı İtaliyanın "Milan" klubuna keçib. Klub saytı təcrübəli qolkiperlə iyunun 30-a kimi müqavilə imzalandığını açıqlayıb.

32 yaşlı qolkiper mövsümün ilk yarısını Azərbaycan çempionu "Qarabağ"da keçirib. Təcrübəli qapıçı Ağdam klubunda 17 oyun keçirib və 16 qol buraxıb.