"Milan" fanatlarına xoş xəbər
Bu gün UEFA Çempionlar Liqasında ilk yarımfinalçı müəyyənləşəcək.
Sportline.az xəbər verir ki, ilk oyunda "İnter"ə 0-2 hesabı ilə uduzan "Milan" azarkeşlərinin əsas ümid yeri olan Rafael Leao start heyətdə meydana çıxacaq.
İtaliya mətbuatında yayılan xəbərlərə görə, zədəsini sağaldan portuqaliyalı futbolçu cavab matçında Piolinin sərəncamında olacaq.
Qeyd edək ki, "İnter" - "Milan" görüşü Bakı vaxtı ilə saat 23-də başlanacaq.