"İnter" - "Milan": Heyətlərdə itkilər var

Bu gün UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşəcək.

Sportline.az xəbər verir ki, Milan derbisində şəhərin iki komandası münasibətləri aydınlaşdıracaq.

İlk oyunda 0-2 hesabı ilə məğlub olan "Milan" cavab matçında azarkeşlərini sevindirmək niyyətindədir. Amma, kifayət qədər inamlı təsir bağışlayan "İnter"lə görüşdə bu heçdə asan vəzifə sayılmır. Komandaların heyətində ciddi itkilər var.

Nominal meydan sahiblərində Karboni, Dalbert, Şkrinyar, Zanotti zədə səbəbindən komandasına kömək edə bilməyəcək. Korreanın isə oynayıb - oynamayacağı sual altındadır.

"Milan"da isə Bennaser zədə üzündən Piollinin sərəncamında olmayacaq. Florenzi, Kruniç və Messiasın da meydana çıxışı tam bəlli deyil. 

Bakı vaxtı ilə saat 23:00 da başlanacaq oyunu fransalı Klemen Türpen idarə edəcək.