"Milan" transferə hazırlaşır

“Milan” klubu yay transfer pəncərəsi dövründə heyətinə yeni futbolçu cəlb etmək niyyətindədir.

Sportline.az xəbər verir ki, milanlılar “Betis”dən Nabil Fekiri transfer etmək istəyirlər. Bu barədə İspaniyanın AS nəşri məlumat yayıb.

“Milan” 26 yaşlı yarımmüdafiəçi üçün 40 milyon avro ödəməyə hazırdır.

“Betis”lə 2023-cü ilin yayına qədər müqaviləsi olan Fekirin sərbəstqalma məbləği 100 milyon avrodur. Fransalı futbolçu bu mövsüm

La Liqada 22 oyunda 7 qol vurub.