"Milan" və "Yuventus" italiyalı futbolçunu transfer etmək istəyir

"Milan" və "Yuventus" italiyalı futbolçunu transfer etmək istəyir.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, hazırda "Aston Villa" klubunda çıxış edən italiyalı hücumçu Nikolo Zaniolo mövsüm sonunda "Qalatasaray"a geri dönəcək.

İtaliyalı ulduz futbolçu üçün "Milan" və "Yuventus" klublarının təklif göndərdiyi bildirilib. 

Qeyd edək ki, Nikolo Zaniolo bu mövsüm "Aston Villa" forması ilə çıxdığı 27 oyunda 2 qolla yadda qalıb.