Milli dünya reytinqinin ilk beşliyində

Azərbaycanın kişilərdən ibarət şahmat millisi dünya reytinqində ilk "5-lik"də qərarlaşıb.

Sporline.az xəbər verir ki, seçmə komanda hazırda 2645 əmsala malikdir.

ABŞ (2726) birinci, Hindistan (2714) ikinci, Çin (2686) üçüncü, Rusiya (2645) dördüncüdür.

Qeyd edək ki, reytinq mayın 21-dək olan vaxtı əhatə edir.

Qadınlardan ibarət Azərbaycan millisi isə 2310 əmsalla 11-cidir.