Milli komanda yaxşı çıxış etmədi, futbol qurumunun prezidenti istefa verdi
Bolqarıstan Futbol İttifaqının prezidenti Borislav Mixaylov istefa verib.
Sprotline.az TASS-a istinadla xəbər verir ki, buna səbəb Bolqarıstan millisinin AVRO-2024-ün seçmə mərhələsində bərbad çıxışı və bununla da başlayan etiraz dalğası olub.
Macarıstanla oyundan əvvəl 5 minə yaxın bolqarıstanlı azarkeş futbol ittifaqının rəhbərliyinin istefası tələbi ilə kütləvi etiraz aksiyası keçirib.
“Hamını sakitləşdirmək üçün istefa verirəm. Mən rəhbər olduqdan saonta quruma tənqid, böhtan və aqressiya ilə bağlı ciddi təzyiqlər oldu. Buna baxmayaraq, biz qısa müddətdə tapşırıqlarımızı yerinə yetirdik. Bəli, milli komanda yaxşı oyun nümayiş etdirmədi, amma məndən asılı olan hər şey edildi”, - deyə Mixaylov TASS-a bildirib.