Milli komandamız ilk oyunda məğlub oldu

Futzal üzrə millimiz bu gün dünya çempionatının elit-raund mərhələsində ilk oyununu keçirib.

Sportline.az xəbər verir ki, rəqib Xorvatiya seçməsi olub. Osiek şəhərindəki “Qradski vrt Arena”da keçirilən oyunda komandamız 0:2 hesabı ilə məğlub olub.

DÇ, Elit raund

Xorvatiya 2:0 Azərbaycan
Qollar: Periç, 4 (1:0), Yelovçiç, 38 (2:0).

C qrupunda bu komandalardan başqa Rusiya və Slovakiya yığmaları da yer alıb. Reqlamentə əsasən, elit-raundda qrup qalibi olacaq 4 komanda birbaşa dünya çempionatına yüksələcək. Qrupları ikinci pillədə başa vuranlar isə "pley-off"da üz-üzə gələcəklər. Mundial 12 sentyabr - 4 oktyabrda Litvada təşkil olunacaq.