Millidə ciddi itki

“Lester”in futbolçusu Çağlar Söyüncü sıradan çıxıb.

Sportline.az xəbər verir ki, Türkiyə millisinin müdafiəçisi əzələsindən zədələnib. Bu barədə baş məşqçi Brendan Rocers yerli mətbuata açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, Söyüncü 3 ay komandasına kömək edə bilməyəcək.