Millimiz bu gün B liqasına yüksələ bilər

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqası çərçivəsində bu gün növbəti oyununu keçirəcək.

Sportline.az xəbər verir ki, C Liqasında mübarizə aparan Siyasət Əsgərovun komandası səfərdə Kipr yığması ilə qarşılaşacaq.

Limassol şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

10 xalla qrup lideri olan Azərbaycan millisi bu oyunda qələbə qazanacağı təqdirdə B Liqasına yüksələcək.