Millimiz Cakartaya yollanır
Azərbaycan karateçiləri noyabrın 18-20-də İndoneziyanın paytaxtı Cakartada keçiriləcək Seriya A turnirinə qatılacaqlar.
Sportline.az xəbər verir ki, ölkəmizi yarışda 13 idmançı təmsil edəcək. Bunlar Ramil Baxşəliyev, Sultan Hüseynov (hər ikisi 60 kq), Firdovsi Fərzəliyev, Nuran Rzazadə (hər ikisi 67 kq), Fərid Ağayev, Tural Ələkbərli, Samir İbrahimov (hamısı 75 kq), Ayxan Mamayev (84 kq), Fidan Teymurova (50 kq), Mədinə Sadıqova, Suada Kərimova (hər ikisi 55 kq), Renata Ərəbli və Ayla Rzazadədir (hər ikisi 61 kq).
Qeyd edək ki, bu cari mövsümün sonuncu Seriya A turniridir.