Millimiz dünya çempionatına hazırlaşır
Kikboks üzrə Azərbaycan milli komandası dünya çempionatına hazırlaşır.
Sportline.az xəbər verir ki, Portuqaliyanın Albufeyra şəhərində noyabrın 17-dən 26-adək davam edəcək mötəbər turnirində hədəf qızıl medallardır.
WAKO versiyası üzrə çempionata komandamız baş məşqçi Elşən Abdulrəhimovun başçılığı altında hazırlaşır. Millimizin 29 kikboksçusu mükafatlar uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, dünya çempionatında nümayəndə heyətinin tərkibində Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev və federasiyanın 1-ci vitse-prezidenti Ramal Aslanov da olacaq. Yarışdan sonra kikboks millimiz dekabrda Almaniyada Ümumilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq yarışda iştirak edəcək.