Seçməmiz dünyanın 4-cüsü, Avropanın 1-cisidir
Almaniyanın Hamburq şəhərində keçirilən kişi boksçular arasında dünya çempionatı başa çatıb. SportLine.az xəbər verir ki, 9 gün davam edən yarışın yekununa əsasən medal əldə edən ölkələrin də siyahısı açıqlanıb.
Mundialda 10 çəkidən 4-də təmsil olunan yığmamız 2 medala yiyələnib. Hesabına 1 qızıl və 1 bürünc mükafat yazan komandamız medal sıralamasına görə dünya çempionatını 4-cü pillədə başa vurub. Millimiz göstərdiyi nəticəyə görə Avropada isə hamını qabaqlayıb.
Ümumilikdə, 20 ölkə Hamburqda medala sahib olub. Onlardan cəmi 6-sı çempionluq sevinci yaşayıb.
Siyahıda birinci yeri Kuba yığması tutub. Amerika qitəsinin təmsilçisi 5 qızıl və 2 gümüş medal qazanıb. İlk "üçlük"də iki Asiya təmsilçisi də yer alıb. İkinci pillədə Özbəkistan (1 qızıl, 3 gümüş, 2 bürünc) qərarlaşdığı halda, üçüncü yeri Qazaxıstan (1 qızıl, 2 gümüş və 3 bürünc) tutub. Avropa yığmaları arasında ən yaxşı nəticəyə malik millimiz isə ümumi sıralamada 4-cü olub.
Qeyd edək ki, yığmamızın heyətində Məhəmmədrəsul Məcidov (+91 kq) qızıl, Kamran Şahsuvarlı (75 kq) bürünc medal qazanıb.
N |
Ölkə |
Qızıl |
Gümüş |
Bürünc |
Cəmi |
1 |
Kuba |
5 |
2 |
0 |
7 |
2 |
Özbəkistan |
1 |
3 |
2 |
6 |
3 |
Qazaxıstan |
1 |
2 |
3 |
6 |
4 |
AZƏRBAYCAN |
1 |
0 |
1 |
2 |
5-6 |
Fransa |
1 |
0 |
0 |
1 |
|
Ukrayna |
1 |
0 |
0 |
1 |
7 |
ABŞ |
0 |
1 |
2 |
3 |
8 |
Rusiya |
0 |
1 |
1 |
2 |
9 |
İrlandiya |
0 |
1 |
0 |
1 |
10-20 |
Avstraliya |
0 |
0 |
1 |
1 |
|
Kamerun |
0 |
0 |
1 |
1 |
|
Kolumbiya |
0 |
0 |
1 |
1 |
|
Ekvador |
0 |
0 |
1 |
1 |
|
İngiltərə |
0 |
0 |
1 |
1 |
|
Gürcüstan |
0 |
0 |
1 |
1 |
|
Almaniya |
0 |
0 |
1 |
1 |
|
Hindistan |
0 |
0 |
1 |
1 |
|
Ermənistan |
0 |
0 |
1 |
1 |
|
Monqolustan |
0 |
0 |
1 |
1 |
|
Cənubi Koreya |
0 |
0 |
1 |
1 |
CƏMİ |
20 |
10 |
10 |
20 |
40 |