Millimiz Ermənistanla eyni qrupda
Azərbaycanın 16 yaşadək basketbolçulardan ibarət yığmasının 2023-cü il Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri müəyyənləşib.
Sportline.az xəbər verir ki, C Divizionunda mübarizə aparacaq yığmamız püşkatma nəticəsində B qrupunda yer alıb. Millimiz seçmə mərhələdə Ermənistan, Albaniya, Kipr və San Marino ilə qarşılaşacaq.
Bu qrupun oyunları bu il 19-27 iyulda Kosovonun paytaxtı Priştinada keçiriləcək.
Qeyd edək ki, B qrupunun oyunları bu il 19 - 27 iyulda Kosovonun paytaxtı Priştinada keçiriləcək.