Millimiz Gürcüstan komandasını məğlub etdi
"Gürcüstanın Tbilisi şəhərində təlim-məşq toplanışında olan basketbol üzrə oğlanlardan ibarət U-16 millimiz növbəti yoxlama oyununu keçirib".
Bunu Sportline.az saytına açıqlamasında Azərbaycan Basketbol Federasiyasının mətbuat katibi Sənan Əliyev bildirib.
Onun sözlərinə görə, bir qədər əvvəl yekunlaşan oyunda yerli "Akademiya" komandası ilə üz-üzə gələn Tahir Baxşıyevin yetirmələri parketdən 74-50 hesablı qələbə ilə ayrılıblar.
Qeyd edək ki, təlim-məşq toplanışı 17 mart tarixinə qədər davam edəcək.