Millimiz İsveçə aman vermədi

Bu gün futzal üzrə dünya çempionatının təsnifat mərhələsi start götürüb. SportLine.az xəbər verir ki, Xorvatiyanın Osiyek şəhərində keçiriləcən görüşlərdə Azərbaycan seçməsi də mübarizə aparır. 

Komandamızın ilk rəqibi İsveç millisi olub. Dvorana Gradski VRT idman kompleksində baş tutan matçda komandamız inamlı qələbə qazanıb.

Azərbaycan - İsveç - 8:2 
Qollar: 
Vitali Borisov, 3 (1:0), Vieira Da Silva Auqusto, 11 (2:0), Amadeu Fernandes da Silva, 11 (3:0), Vitali Borisov, 15 (4:0), Fineo de Araujo, 20 (5:0), Kristian Legiec, 24 (5:1), Eduardo Mello Borges, 25 (6:1), 26 (7:1), Mathias Eteus, 33 (7:2), Eduardo Mello Borges, 36 (8:2)

Qeyd edək ki, Millimizin bu gün ikinci görüşünə çıxacaq. Rəqib isə  Belarus millisi olacaq.