Millimiz İsveçə qarşı
Bu gün futzal üzrə dünya çempionatının təsnifat mərhələsi start götürəcək. SportLine.az xəbər verir ki, Xorvatiyanın Osiyek şəhərində keçiriləcək görüşlərdə Azərbaycan seçməsi də mübarizə aparacaq.
Komandamızın ilk rəqibi İsveç millisi olacaq. Dvorana Gradski VRT idman kompleksində baş tutacaq matçın start fiti saat 20:00-da səslənəcək.
Qeyd edək ki, Millimizin digər rəqibləri Xorvatiya və Belarus seçmələridir.