Millimiz Latviyaya qarşı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirəcək.

Sportline.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Samir Əliyevin komandası noyabrın 17-də Bakıda Latviya yığması ilə qarşılaşacaq. Oyunun məkanı və başlama saatı açıqlanmayıb.