Millimiz "Seriya A"da

Azərbaycan Karate Federasiyasının tərkibində təmsil olunan Milli Karate Federasiyasının idmançıları Karate1 Seriya A turnirində iştirak edəcək.

Sportline.az xəbər verir ki, yarış 29 sentyabr -1 oktyabr aralığında Kiprin Larnaka şəhərində baş tutacaq.

Komandamız yarışda 6 idmançı ilə təmsil olunacaq. Yeniyetmə və gənclərdən ibarət yığma komandanın baş məşqçisi Anar Allahverdiyev və məşqçi Akif Kərimov yarışda aşağıda adı çəkilən idmançılara şans verəcək;

Məmmədli Hüseyn -67 kq.
Rzazadə Nuran -67 kq.
Xamoyev Məhəmməd -67 kq.
Kərimli Nicat -75 kq.
Osmanlı Osman +84 kq.
Ərəbli Renata -61 kq.