Millimiz təlim-məşq toplanışında
Basketbolçu oğlanlardan ibarət U-16 millimiz Gürcüstanın Tiflis şəhərində təlim-məşq toplanışına start verib.
Sportline.az xəbər verir ki, Tahir Baxşıyevin rəhbərliyi altında ilk yoxlama oyununu keçirən millimiz "Zaza Pachulia Academy" komandasına 70:88 hesabı ilə məğlub olub. Təlim-məşq toplanışı 17 mart tarixinə qədər davam edəcək.
Qeyd edək ki, təlim-məşq toplanışı 19-27 iyul tarixlərində Kosovada baş tutacaq Avropa çempionatına hazırlıq məqsədi daşıyır