Millimiz Türkiyədə təlim-məşq toplanışında
Qızlardan ibarət U-16 millimiz 26 yanvar - 3 fevral tarixləri aralığında Türkiyənin Ankara şəhərində təlim-məşq toplanışına cəlb olunub.
Sportline.az xəbər verir ki, türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi millimiz, 14 nəfər heyət üzvü ilə gündə iki dəfə olmaqla məşqlərini davam etdirir.
Təlim-məşq toplanışı çərçivəsində bir sıra yoxlama oyunları keçirəcək qızlarımızın əsas hədəfi, 18-23 iyul tarixlərində Andorrada baş tutacaq Avropa çempionatının "C" divizionu oyunlarına hazırlaşmaqdır.