Millimizin Avropa çempionatında rəqibləri bəlli olub

20 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatındakı rəqibləri müəyyənləşib.

Azərbaycan Basketbol Federasiyasında Sportline.az saytına verilən məlumata görə, yığma B Divizionunun C qrupunda çıxış edəcək.

Püşkatmaya əsasən, Azərbaycanın U-20 komandası Kosovo, İsveç, Ukrayna və Gürcüstanla mübarizə aparacaq.

Yarış 7-16 iyul tarixlərində Şimali Makedoniyanın Skopye şəhərində keçiriləcək.