Millimizin baş məşqçi postuna namizəd klubdan ayrıldı

Azərbaycan millisinin baş məşqçi postuna namizədlərdən sayılan Kurban Berdıyev Mahaçqala "Dinamo"sundan ayrılıb.

Sportline.az xəbər verir ki, bu haqda klubun rasmi saytında məlumat yayılıb.

Mütəxəssisin öz istəyi ilə vəzifəsindən ayrıldığı bildirilir.

Berdıyev yeni baş məşqçi təyinatınadək komandanın hazırlığı ilə məşğul olacaq.

Qeyd edək ki, Rusiya I Divizionunda yarışan "Dinamo" Berdıyevin rəhbərliyi ilə 20 oyuna topladığı 37 xalla liderdir.