Millimizin rəqibləri müəyyənləşdi

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub.

Sportline.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda B Liqasının I qrupunda İsveçrə, Macarıstan və Türkiyə ilə üz-üzə gələcək.

Qeyd edək ki, AVRO-2025-in seçmə mərhələsində qrup oyunları aprel-iyul ayları aralığında keçiriləcək.

Turnirin final mərhələsi 2025-ci ilin iyulunda İsveçrədə təşkil olunacaq.