Millimizin sabiq üzvü Xviça Kvaratsxeliyanın arzusunu açıqladı
"Napoli"nin forvardı Xviça Kvaratsxeliyanın atası Badri Kvaratsxeliya oğlunun futbolla bağlı arzusunu açıqlayıb.
Sportlin.az xəbər verir ki, o, Geo Team-ə müsahibəsində Xviçanın əsas arzusunun Madrid "Real"ının formasını geyinmək olduğunu bildirib.
"Xviça həmişə "Real"da oynamağı arzulayıb. İndi də onun bu arzuda olduğuna şübhə etmirəm. Ümumiyyətlə ailəmizdə məndən başqa hamı "Real"a azarkeşlik edir".
Qeyd edək ki, vaxtilə "Kəpəz" və "Şəmkir" klublarının şərəfini qoruyan Badri Kvaratsxeliya milli komandamızın da heyətində bir oyun keçirib.