Millimizin toplanışına icazə verildi
Nazirlər Kabineti yanında Operativ Qərargah AFFA-nın futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsinin martda keçiriləcək oyunlarına hazırlaşa bilməsi üçün müraciətini müsbət cavablandırıb.
Sportline.az Azərbaycan Futzal Federasiyasına istinadən xəbər verir ki, komandanın məşq etməsi üçün razılıq alınıb.
Qeyd edək ki, Joze Alesio Da Silvanın başçılıq etdiyi komanda seçmə mərhələnin III turunda Moldavanı qəbul edəcək. Martın 4-də Bakı İdman Sarayında keçiriləcək görüş saat 19:00-da başlanacaq.
Milli iki oyundan sonra 6 xalla 3-cü qrupun lideridir.