Millimizin üzvü debüt etdi

Türkiyə Super liqasında 7-ci turun görüşləri davam edir. SportLine.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dəniz Yılmaz cari mövsümdə debüt edib. 

Yenicə milliləşdirilən hücumçu zədədən qayıtdıqdan sonra “Bursaspor”un heyətində “Osmanlıspor”a qarşı çıxış edib. Yılmazın 90 dəqiqə əvəz edilmədən keçirdiyi görüş qolsuz bərabərliklə nəticələnib.

Qeyd edək ki, “Bursaspor” 7 turdan sonra 13 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.