Millimizin üzvlərindən AVRO 2020 ilə bağlı özəl açıqlamalar
Avropa çempionatında mübarizə davam edir.
Sportline.az saytına danışan futzal millimizin üzvləri qitə turnirindəki favoritlərini açıqlayıblar.
İsa Atayev: "Türkiyə millisinə azarkeşlik edirdim. Təəssüf ki, qrupdan çıxa bilmədilər. Ona görə də indi başqa komandanı dəstəkləyirəm. Həmişə zəif komandaların qalib gəlməsini istəmişəm. Ona görə də çoxlarının favorit hesab etmədiyi Ukrayna seçməsinin qalib gəlməsini arzub edirəm".
Vitali Borisov: "Dünyada Braziliya millisinə, Avropada isə İngiltərə millisinə azarkeşlik etmişəm. Ümid edirəm kuboku qazanar".
Emin Kürdov: "Avropa çempionatında bir tür kimi Türkiyə millisini dəstəkləyirdim. Amma alınmadı onlarda. Oyun stilinə görə İngiltərə seçməsini dəstəkləyirəm. Çox sürətli oyun nümayiş etdirirlər".