Karpin Rusiyanı tərk edə bilər
Rusiya millisinin çalışdırıcısı Valeri Karpin İspaniyanın “Selta Viqo” klubunu çalışdıra bilər.
Sportline.az İspaniyanın nüfuzlu "Marca" nəşrinin redaktoru Xuan Kastroya istinadla xəbər verir ki, onun İspaniyaya məşqçi kimi qayıtmaq ehtimalı yüksəkdir.
Jurnalistin fikrincə, yaxın gələcəkdə Karpin vaxtilə futbolçu kimi çıxış etdiyi “Selta”nı çalışdırmağa namizəddir.
"RB Sport" Xuan Kastronun fikirlərinə bu cür yer verib. ”Ola bilər ki, Karpin nə vaxtsa İspaniyaya qayıtsın. Düşünürəm ki o, gələcəkdə “Selta”ya rəhbərlik edə bilər. İndi komanda böhran içindədir. Karpini bura dəvət etmək yaxşı həll yolu ola bilər. Amma indi yox. Karpin hazırda Rusiyada həm kluba, həm də milliyə rəhbərlik edir. Mənə elə gəlir ki, bu, gələcək üçün mümkün variantdır.
Qeyd edək ki, Valeri Karpin hazırda “Rostov” klubu və Rusiya millisini çalışdırır.