Millinin baş məşqçisi istefaya göndərildi

Kamerun millisi baş məşqçi ilə yolları ayırıb.

Sportline.az xəbər verir ki, bu haqda ölkənin Futbol Federasiyasının prezidenti Samuel Etoo açıqlayıb.

Federasiyadan verilən açıqlamada 47 yaşlı mütəxəssis ilə fevralın 28-də bitən müqavilənin uzadılmayacağı bildirilib.

Kamerun Futbol Federasiyasının prezidenti Sameul Etoo Fransa televizyasına veridiyi müsahibəsində “Sonq bu komandaya çox şey qatsa da, hədəflərimizə çata bilmədik. Gələcək karyerasında ona uğurlar arzulayırıq”, - deyib. 

Qeyd edək ki, Riqober Sonq 2022-ci ilin mart ayından Kamerun millisinə rəhbərlik edirdi.