Millinin futbolçularını dəyənəklədilər
Dünya çempionatının Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin Peru - Venesuela matçında xoşagəlməz hadisə yaşanıb.
Sportline.az xəbər verir ki, oyundan sonra azarkeşlərə yaxınlaşan qonaq komandanın üzvləri onlarla ünsiyyət qura bilməyiblər.
Formalarını fanatlara vermək istəyən futbolçular polis təzyiqi ilə üzləşiblər.
Polislə futbolçular arasında yaranan qarşıdurmada dəyənəklər işə düşüb.
Xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb.
Qeyd edək ki, Peru - Venesuela görüşü 1-1 hesabı ilə başa çatıb.