Millinin futbolçusu atışmada yaralandı

Belçika millisi və "Virton"un futbolçusu İlombe Mboyo Brüsseldəki atışmada yaralanıb.

Sportline.az HLN-ə istinadla xəbər verir ki, 36 yaşlı hücumçu narkotika alveri ilə məşğul olan kriminal qruplaşmaların münaqişəsi zamanı xəsarət alıb.

Mboyo ilə yanaşı daha 3 nəfər hadisənin təsadüfi qurbanlarına çevrilib.

Futbolçunun qolundan yaralandığı bildirilir. 

Qeyd edək ki, təcrübəli futbolçu Belçika millisinin heyətində iki oyun keçirib.