Millinin futbolçusu dopinqə görə diskvalifikasiya edilib

UEFA “Lex”in və Polşa milli komandasının müdafiəçisi Bartoş Salamonu 8 aylıq diskvalifikasiya edib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçu antidopinq qaydalarını pozub.

“Poznan “Lex”i UEFA-dan Bartoş Salamonu 8 ay müddətinə diskvalifikasiya etmək qərarı alıb. Cəza 2023-cü il aprelin 13-dən uzadılacaq diskvalifikasiyanı da əhatə edib. Bu o deməkdir ki, oyunçu 13 dekabr 2023-cü il tarixində keçiriləcək matçlara qayıda biləcək”, – klubun bəyanatında bildirilib.

32 yaşlı Salamon “Lex”in yetirməsidir, lakin əsas komandada debütünü yalnız 2021-ci ildə edib. Müdafiəçi 2007-2019-cu illərdə İtaliyada çıxış edib. O, “Breşiya”, “Milan”, “Sampdoriya”, “Kalyari” və SPAL klublarının formasını geyinib. Ötən mövsüm Polşa Ekstraklasasında 12 oyun keçirib.

Salamon 2013-cü ildən Polşa millisinə çağırılıb. Yığmada 11 oyun keçirib.