Millinin hansı sabiq futbolçusuna narkotikə görə cinayət işi açılıb?
Rusiya milli komandasının keçmiş müdafiəçisi Aleksey Buqayevə qarşı külli miqdarda narkotik vasitələrin satışına cəhdə görə cinayət işi açılıb.
Sportline.az Rusiya Daxili İşlər Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsinə istinadla xəbər verir ki, Buqayevin sənədləri yoxladıqdan və şəxsiyyətini müəyyən etdikdən sonra polis onun üzərində şəxsi axtarış aparıb, onun üst paltarının cibindən içərisində toz halında olan bağlama aşkar edilərək götürülüb. Hazırda həmin şəxsə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işi başlanıb.