Millinin oyunlarını bu hakimlər idarə edəcəklər

Futzal üzrə dünya çempionatının əsas mərhələsinin, oktyabrın 23-dən 26-dək Bakı İdman Sarayında keçiriləcək oyunlarını idarə edəcək hakimlər açıqlanıb. 

Sportline.az xəbər verir ki, oyunlar Çexiya, Portuqaliya, Latviya və Almaniya təmsilçilərinə həvalə olunub.

Andrey Cernı (Çexiya)

Migel Duarte Oliveyta Kastilyo (Portuqaliya)

İngus Purnis (Latviya)

İngo Hemsot (Almaniya)

Hakim inspektor: Pedro Anxel Qalan Nyeto (İspaniya) 

Nümayəndə: Assem Kujanova (Qazaxıstan).