Millinin sabiq baş məşqçisi ömürlük həbs olunub
Çin millisinin sabiq baş məşqçisi ömürlük həbs olunub.
Sportline.az çinli jurnalist Ran Sunfeyə istinadla xəbər verir ki, 46 yaşlı baş məşqçi danışılmış oyunlarda iştirak etdiyinə və milli komandaya işə düzəlmək üçün rüşvət verdiyinə görə ömürlük azadlıqdan məhrum olub.
Xəbərdə qeyd olunur ki, Li Te etirafının bir hissəsini geri götürərək apelyasiya məhkəməsinə şikayət edib.
Daha əvvəl Li Te Çin millisinə rəhbərlik etmək üçün 3 miyon yuan rüşvət verdiyini etiraf etmişdi.
Li Te, 2019-cu ildə Marselo Lippinin gedişindən sonra komandaya rəhbərlik etməyə başlayıb. O,2021-ci ildə vəzifəsindən ayrılıb.
Bundan əlavə, Li Te Çinin “Hebei China” və ‘Vuhan Tri Taun” komandalarında işləyərkən oyunçulara, məşqçilərə və hakimlərə də rüşvət verib.
Le Te futbolçu karyerası ərzində “Everton” və “Mançester Yunayted” kimi klubların formalarını geyinib.