Millinin sabiq futbolçusu hədələnib

Rusiya millisinin keçmiş futbolçusu Aleksey Buqayevin vəkili Yekaterina Makliçenko narkotik alveri işinin gedişatının təfərrüatlarını açıqlayıb.

Sportline.az xəbər verir ki, vəkil SE ilə söhbətində bunları aşkara çıxarıb.

“Alekseyin barəsində bu il dekabrın 31-dək həbs qətimkan tədbiri seçilib. Məhkəmə bizim arqumentlərimizi eşitmədi. Biz isə cinayət işinin ilkin saxtalaşdırılmasından danışdıq. İndi mən hesab edirəm ki, prokurorluq kimi istintaq da aldadılıb. Çünki bu materialı toplayan əməliyyatçılar müvəkkilim Buqayevin özündən və onun həyat yoldaşından üç milyon rubl tələb etməkdən başqa heç nə ilə məşğul olmayıblar" - deyə vəkil bildirib.