Millinin üzvü böyrəyini itirdi

Serbiya millisiin basketbolçusu Borişe Simaniç DÇ-2023-ün Cənubi Sudanla oyununda ciddi xəsarət alıb.

Sportline.az Serbiya Basketbol Assosiasiyasına istinadla xəbər verir ki, o, zədə nəticəsində böyrəyini itirib.

Serblərin 115-83 hesablı qələbəsi ilə bitən görüşdən sonra əməliyyat olunan basketbolçunun böyrəyinin biri çıxarılmalı olub.

Qeyd edək ki, Simaniç oyunun sonuna iki dəqiqədən də az qalmış böyrəyindən dirsək zərbəsi almışdı. 

Onun gələcək karyerasının sual altında olduğu bildirilir.