Millinin üzvü İtaliya yolunda

Almaniya millisi və "Bavariya"nın sabiq üzvü Jerom Boatenq karyerasını İtaliyada davam etdirə bilər.

Sportline.az xəbər verir ki, o, "Salernitana"nın diqqət mərkəzindədir.

Bu haqda məşhur jurnalist Fabrisio Romano X sosial şəbəkəsində məlumat yayıb.

35 yaşlı futbolçu ilə mövsümün sonunadək müqavilə imzalanması gözlənilir.

Qeyd edək ki, Boatenqin son komandası "Lion" olub.

Ötən ilin iyulundan işsiz qalan müdafiəçinin transfer qiyməti 500 min avro kimi göstərilir.