Millinin üzvü zorlamada təqsirləndirilir

Yaponiya millisinin üzvü Dzünya İto komandanın düşərgəsini tərk edib.

Sportline.az xəbər verir ki, futbolçu zorlamada təqsirləndirirlir.

Bu haqda millinin mətbuat xidməti məlumat yayıb.

Bildirirlir ki, yanvar ayında iki qadın bununla bağlı şikayət edib.

Onların iddiasına görə, 2023-cü ilin iyununda Osaka şəhərindəki otellərdən birində İto tərəfindən zorakılığa məruz qalıblar.

Həmin gün Yaponiya millisinin futbolçuları Peru seçməsi üzərində 4-1 hesablı qələbəni qeyd ediblər. 

"Reyms"in 30 yaşlı futbolçusu həmin qadınlarla münasibətdə olduğunu eiraf eləsə də zorakılıq mövzusunu təkzib edib.