Milyonlardan imtina edən Həbib
Məşhur UFC döyüşçüsü Həbib Nurmaqomedov maraqlı açıqlama ilə gündəmə gəlib.
Sportline.az xəbər verir ki, dağıstanlı idmançı Daniel Kormier ilə söhbətdə yenidən UFC-yə qayıtması üçün təklif olunan məbləğdən söz açıb.
"Çox təkliflər oldu. İmtina eləmək heç də asan məsələ deyil. 20, 30, 40 milyon dollar təklif eləyirdilər. Amma, pul mənim üçün vacid amil deyil. Mən xoşbəxtəm və qərarımdan heç vaxt peşiman olmamışam", - deyə Nurmagomedov MMA Mania nəşrinə açıqlamasında bildirib.
Xatırladaq ki, məşhur idmançı MMA karyerasını 2020-ci ilin payızında başa vurub.
O, keçirdiyi bütün döyüşlərdə qələbə qazanmışdı.