Miroslav Kloze karyerasını Türkiyə Super liqasında davam etdirə bilər

Almaniya millisinin keçmiş futbolçusu Miroslav Kloze "Beşiktaş"ın baş məşqçisi ola bilər.

Sportline.az Asspor.com.tr-yə istinadla xəbər verir ki, İstanbul nəhəngi "Beşiktaş"ın prezidenti Hasan Arat baş məşqçi Rıza Çalımbayla yolları ayırmaq qərarına gəldikdən sonra almaniyalı mütəxəssislə danışıqlara başlayıb. 

Komandanın prezidenti daha öncə Hans Flikə təklif göndərsə də təcrübəli mütəxəssis sağlamlığına görə kulubu çalışdıra bilməyəcəyini deyib. 

Qeyd edək ki, Miroslav Klozenin Hasan Arata nə cavab verdiyi hələ də məlum deyil.