Misir millisinin keçmiş futbolçusu Muhammed Salahı tənqid edib

Misir millisinin keçmiş ulduzu Mido Muhammed Salahı tənqid edib. 

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, keçmiş futbolçu Muhammed Salah haqqında açıqlamasında :"Ola bilərki ən yaxşı futbolçulardan sayılır. Amma, Ronaldo və Messi ilə müqayisə oluna bilməz. "Liverpul"da yaxşı oyun nümayiş etdirsə də milli komanda üçün yararsızdır. İndiyədək lazımı performansı göstərə bilmədi. Milli komanda üçün həvəsli deyil",-deyib. 

Qeyd edək ki, Mido daha sonra Muhammed Salahın gənc futbolçuları həvəsləndirmədiyini və onlara əlavə stimul verməyini bildirib.