Misirli futbolçu yenidən Türkiyəyə qayıdacaq

Misirli futbolçu yenidən Türkiyəyə qayıda bilər.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Nant" klubunda çıxış edən Mustafa Muhammed yenidən "Qalatasaray"a qayıda bilər.

Fransa mediasında yer alan xəbərə görə təcrübəli "Nant" klubu futbolçunu satmaq istəyir. "Qalatasaray" rəsmiləri isə futbolçunu Mauro İkardinin əvəzedicisi kimi komandaya qatılmasını istəyirlər.

Qeyd edək ki, Mustaa Muhammed daha öncə 5,7 milyon avro qarşılığında Fransa klubuna transfer olunmuşdu.