Misirli futbolçu zədəsini sağaldıb

Misirli futbolçu Muhammed Salah zədəsini sağaldıb. 

Sportline.az xəbər verir ki, bu barədə "Liverpul" klubunun baş məşqçisi Yüren Klop məlumat verib. 

İngiltərə klubunun təcrübəli hücumçusu bu gün komanda ilə məşqlərə qatılıb. 

Qeyd edək ki, Muhammed Salah Afrika Millətlər kubokunda Misir millisi ilə çıxdığı matçda zədələnmişdi.