Modriç məyusdur: komandasına kömək edə bilməyəcək

"Real"ın zədəli futbolçularının siyahısına daha bir nəfər əlavə olunub.

Sportline.az xəbər verir ki, bu, xorvat yarımmüdafiəçi Luka Modriçdir. O, zədə səbəbindən Çempionlar Liqasının qrup mərhələsində "Napoli" ilə oyunda iştirak etməyəcək.

Təcrübəli futbolçu ötən gün “Kadis”lə səfər oyununda bud nahiyəsindən zədə alıb və ikinci hissədə meydanı tərk edib.

Modriçin zədəsi elə də böyük olmasa da, bu, onun azı 2 oyun meydana çıxmayacağına bəs edib. Modiç La Liqanın 15-ci turunun “Qranada” ilə ev oyununu da buraxacaq.