"Monako"lu futbolçu AVRO 2024-dən sonra "Milan"a keçə bilər
"Monako"nun və Fransa millisinin 25 yaşlı yarımmüdafiəçisi Yussuf Fofana karyerasını "Milan"da davam etdirmək istəyir.
Sportline.az xəbər verir ki, bu barədə La Gazzetta dello Sport nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə İtaliya klubu futbolçu üçün 25 milyon avro təklif edib. Təklifi qəbul etməyə yaxın olan "Monako" oyunçu ilə bağlı son qərarı Avropa Çempionatından sonra verəcək. İngiltərə klublarının da marağına baxmayaraq, Fofana "Milan"ı seçib.
Fofana ötən mövsüm Fransa təmsilçisinin heyətində 36 matçda 4 qol, 4 asistlə oynayıb.Onun klubla müqaviləsi 2025-ci ilə qədərdir.
Qeyd edək ki, Transfermarkt portalında oyunçunun transfer dəyəri 30 milyon avrodur.